Mais Səfərli: “Günel Mövlud əməlləri ilə şəxsiyyətsizliyini sübut etdi”

Mais Səfərli: “Günel Mövlud əməlləri ilə şəxsiyyətsizliyini sübut etdi”

"Bu vətənin çörəyi ona haram olsun. Onun ermənilərdən üzr istəməsi çox alçaq hərəkətdir. Bu hərəkəti qətiyyətlə və şiddətlə pisləyirəm". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli Günel Mövludun Qarabağ icması adından erməni xalqından üzr istəməsinə münasibət bildirərkən söyləyib.

Mais Səfərli qeyd edib ki, Günel Mövludun qanı qarışıqdı: "O, damarlarında təmiz azərbaycanlı qanı daşımır. O və onun kimilər bu xalqa, bu vətənə dönük çıxmaqla bir daha sübut edirlər ki, şəxsiyyətsizdirlər".

Qeyd edək ki, jurnalist Günel Mövludun məlum müraciəti ölkənin bir sıra ictimai-siyasi şəxsləri tərəfindən sərt şəkildə qınanılmaqdadır. Ekspertlər isə hesab edirlər ki, Günel Mövlud erməni lobbisinin təlimatını yetinə yetirərək, Avropada siyasi sığınacaq almağa cəhd edir.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə