"Azərbaycan ərazilərini zəbt edən, bizim xalqa qarşı soyqırımı törədən ermənilərdir. Biz onlardan yox, onlar bizdən üzr istəməlidir. Günel Mövludun ermənilərdən üzr istəməsi mənəviyyatsızlıqdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu söyləyib.
Sərdar Cəlaloğlu qeyd edib ki, Günel Mövludun bu addımı onun özünü göstərmək istəməsi ilə bağlıdır: "O, özünü "dahi" hesab edib, gözə soxmaq, özünü göstərmək məqsədilə bu cür boş addımlar atıb və bu hərəkət çox yersizdir".
Qeyd edək ki, Günel Mövludun məlum müraciəti ölkənin bir sıra ictimai-siyasi şəxsləri tərəfindən sərt şəkildə qınanılmaqdadır. Ekspertlər isə hesab edirlər ki, Günel Mövlud erməni lobbisinin təlimatını yetinə yetirərək, Avropada siyasi sığınacaq almağa cəhd edir.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB