Tural Abbaslı: “Rəsul Quliyev hər zamankı kimi yenə də mənasız danışır”

Tural Abbaslı: “Rəsul Quliyev hər zamankı kimi yenə də mənasız danışır”

"Rəsul Quliyev hər zaman Müsavat Partiyasına qarşı qərəzli mövqe sərgiləyib. Bu dəfə də öz mövqeyindən əl çəkmədən Müsavat Partiyasının daxili məsələlərinə qarışıb və lazımsız cümlələr işlədib". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı Rəsul Quliyevin Müsavat Partiyasında keçiriləcək başqanlıq seçimləri haqqında söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Tural Abbaslı qeyd edib ki, Rəsul Quliyev faydalı işlərlə məşğul olmur: "Rəsul Quliyev faydalı işlərlə məşğul olmur və boş, mənasız danışır. Onun heç bir fikrini önəmli hesab etmirəm və ona bildirmək istəyirəm ki, Müsavat Partiyası haqqında artıq-əksik danışmasın".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə