Aqşin Yenisey: "Bilsəydik, Günel Mövludun yerinə bir lək soğan əkərdik"
Günel Mövludun ermənilərə yazdığı məktuba və bu məktubda ermənilərdən üzr istəməsinə görə şair Aqşin Yenisey onu sərt tənqid edən köşə yazısı ilə çıxış edib.
SİA həmin yazını təqdim edir.
Siyasi oyunların bəslədiyi toyuqların yumurtalarından yeni-yeni "cücələrin" çıxması davam edir. Şairəmiz Günel Mövlud ölümün nə olduğunu bilməyin amma öldürülən xocalılı uşaqlar haqqında mətbuata açıqlaması və deməsi ki, ermənilərlə barışığa və danışığa getməliyik, bu təklif Azərbaycan mətbuatında qəzəblə qarşılanıb. Niyə? Azərbaycanda bu məsələdə nifrəti və hörməti bəlli olmayan üç yazıçı var; qosqoca yazıçı Əkrəm Əylisli, "dım-dıkkılı" şairə Günel Mövlud və bütün bəşəriyyəti bambılı hesab edən, amma özünün bambılılığından xəbəri olmayan Əli Əkbər. Ermənilər və ruslar Qarabağda xalqın gözünün odunu almaq üçün daha çox qız-gəlini, balaca uşaqları qırırdı. Amma Atatürk "Çanakkale" savaşında bütün Avropa ilə döyüşürdü. Amma Napoleon Borodino döyüşündə rus ordusunun üstünə gəlmişdi. Müharibələr ordular arasında olur, qız-gəlin arasında yox. Bizim və erməni xalqının şərikli yazarı Günel Mövlud isə yazır: "Hörmətli erməni xalqı, mən öz cəlladlarımızdan başlamaq istəyirəm. İyirmi ildir ki, Azərbaycan xalqı Naxçıvan və İrəvan azərbaycanlılarından ibarət klanların əlində aciz qalıb". Və bu cümlələr məhz Xocalı qırğını günü peyda olur. Belə çıxır ki, "hörmətli erməni xalqı", siz kol dalında gizlənib moruq yığmağa gələn balaca-balaca Azərbaycan uşaqlarını güllələməkdə haqlı idiniz. Düz edib analarımızı ağlatmısınız. Təslim olmağın özündə də bir qürur hissi olmalıdır. Örnək: Yaponiya; İkinci Dünya müharibəsində Sakit okeanda Amerikanın sualtı qayıqlarına hücum edəndən sonra Amerika yapon xalqının təpəsinə iki dənə atom bombası zolladı və yapon xalqı əllərini göyə qaldırıb təslim oldu ki, üçüncü bomba göydən düşməsin. Amma bizim Günel xanım "çadramı sallam başıma" sevdasıyla düşmənimizi bizə dost etmək eşqinə düşüb. "Hörmətli erməni xalqı", o Günel o da siz, biz bilsəydik, bu gəlinbacımızın əvəzinə, bir lək soğan əkərdik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB