Niyaməddin Orduxanlı: “Günel Mövludla virtual dost belə olmaq istəmirəm”

Niyaməddin Orduxanlı: “Günel Mövludla virtual dost belə olmaq istəmirəm”

"Günel Mövludun yazısına ancaq təəssüf hissi ilə yanaşıram. Azərbaycan xalqının Xocalı soyqırımı gününü qeyd etdiyi bir vaxtda, belə bir müraciətin edilməsi milli xəyanət, utanc gətirən bir hərəkətdir". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Günel Mövludun ermənilərdən üzr istəməsinə münasibətini açıqlayarkən dedi.

"Başqa nə demək olar ki? Onun bu rüsvayçı addımı bütün dəyərlərin üstündən xətt çəkməsi deməkdir" – deyə vurğulayan BAXCP sədrinin müavini onu da bildirib ki, Ermənistan dövləti Azərbaycanın 20 faiz ərazisini işğal edib, 30 000 vətəndaşını qətlə yetirib: "Minlərlə ailəni evindən-ocağından didərgin salıb. Özünün doğulduğu Cəbarayıl rayonunu işğal edib. Bu xanımın hərəkəti utanc gətirən bir hərəkətdir. Söz tapmaq olmur. Günel Mövludun bu müraciətindən sonra mən onu facebook sosial şəbəkəsində dostluğumdan silmişəm. Belə bir şəxslə virtual dost belə olmaq istəmirəm".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə