Araz Əlizadə: “Hansı Müsavatçı Azərbaycana xəyanət etməyib ki?

Araz Əlizadə: “Hansı Müsavatçı Azərbaycana xəyanət etməyib ki?

"Bunu bir dəfəlik qəbul etmək lazımdır ki, əgər kimsə müsavatçıdırsa, deməli, xəyanətkardır. Hansı Müsavatçı Azərbaycana xəyanət etməyib ki? İstəyir Günel Mövlud olsun, istəyir ya başqa biri". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib.

Günel Mövludun ermənilərə məktub yazaraq Qarabağ hadisələrinə görə onlardan üzr istəməsinə münasibət bildirən A.Əlizadə qeyd edib ki, Qarabağı da əski müsavatçılar ermənilərə veriblər: "Mən Günel Mövlud adında bir adam həqiqətən tanımıram. Amma bir şeyi dəqiq bilirəm ki, əgər İsa Qəmbərin, Əli Kərimlinin yanındadırsa, deməli, o da xəyanətkardır".

Bütün xəbərlər Facebook səhifəmizdə