Eynulla Fətullayev: “Onlar ucuz, populist addımlarını lokal miqyasda həyata keçirirlər”

Eynulla Fətullayev: “Onlar ucuz, populist addımlarını lokal miqyasda həyata keçirirlər”

"Təəssüf edirəm ki, xalqımızın ən kədərli, ümummilli məsələdə həmrəlik nümayiş etdirməli olduğu bir gündə bu cür hərəkətlərin baş verməsi qəbuledilməzdir". Bu fikirləri SİA-ya açıqlamasında jurnalist Eynulla Fətullayev Milli Şura rəsmilərinin 26 fevral Xocalı soyqırımının anım günündə soyqırım şəhidlərinin xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsi önündə şüarlar səsləndirərək təxribata əl atmalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu insanlar təxribata əl ataraq açıq-aşkar hüquq-mühafizə orqanları ilə qarşıdurma vəziyyəti yaratmaları onların hələ də islah olunmadığını göstərir: "1992-ci ildə də Xocalı soyqırımından istifadə edərək prezidenti devirdilər. Amma indi Azərbaycan o Azərbaycan deyil. Heç bir dövlətin müdaxilə edə bilməyəcəyi qədər güclüdür, qüdrətlidir".

Eynulla Fətullayev onu da vurğulayıb ki, onların bu cür hərəkətləri çox əxlaqsız və qəsd xarakterlidir: "Onlar ucuz, populist addımlarını lokal miqyasda həyata keçirirlər. Əvvəl qlobal miqyasda aksiyalar keçirib prezidenti deviriblərsə, indi bir məhəllə miqyasında bunu edirlər".

Xatırladaq ki, Milli Şura rəhbərliyi başda Cəmil Həsənli və AXCP sədri Əli Kərimli olmaqla Xocalı soyqırımının 22-ci ildönümündə təxribata əl ataraq "Ana fəryadı" abidəsi qarşısında şüarlar səsləndiriblər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə