Elçin Mirzəbəyli: “Günel Mövlud ermənilər tərəfindən mükafatlandırılmasını istəyir” XƏYANƏT
"Bu tip insanlar uzun illərdən bəri ermənipərəst dairələrin himayəsi altında olan insanlardır". Bu fikirləri SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redkatoru Elçin Mirzəbəyli yazar Günel Mövludun Qarabağ icmasının üzvü qismində ermənilərdən üzr istəməsinə münasibətini bildirərkən deyib.
"Belə bir düşüncəli insanlardan fərqli bir yanaşma gözləmək də mümkün deyil" - deyə vurğulayan baş redaktor onu da bildirdi ki, Günel Mövludun qənaətinə görə, o səthi bir mövqedən çıxış edərək guya barışdırıcılıq missiyasını həyata keçirmək istəyir: "Əslində, bu tendesiya dünyanın bir çox ölkələrində baş verir. Öz millətinə qarşı xəyanətkar mövqedə dayananlar xüsusilə də ermənilərin himayə etdikləri dairələr tərəfindən müdafiə edilirlər. Bununla da ermənilərə ismarıc verirlər ki, mükafatlandırılsınlar".
Elçin Mirzəbəyli eyni zamanda qeyd edib ki, bütövlükdə Günel Mövludun yazısının üslubu orta məktəb şagirdinin inşa yazısından belə bəsit bir yazıdır: "Onun yazısında nə məntiq, nə də arqument var. Burada ancaq çox bəsit, göbəkdən aşağı düşüncəli bir insanın düşüncələri öz əksini tapıb. Təəssüf edirəm ki, bu qadın Azərbaycan qadınının adını daşıyır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB