Təhmasib Novruzov: “Özünü azərbaycanlı hesab edən hər kəs bu faciəni özünə qarşı törədilmiş hesab etməlidir”
"Xocalı soyqırımı bəşəriyyətin tarixdə törədilmiş ən qanlı faciəsidir". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov Xocalı soyqırımında baş verən erməni vəhşiliyinə münasibətini açıqlayarkən qeyd edib.
"Bu faciənin tarixi dünya səviyyəsində öyrənilməlidir" - deyə bildirən AHB sədri onu da qeyd edib ki, Xocalı soyqırımında ürək ağrıdan əsas məqamlardan biri əliyalın insanlara, uşaqlara, qocalara qarşı edilmiş amansızlıqlardır: "Uşaqdan böyüyə kimi qarşısına çıxanı güllələmək, qətlə yetirmək dünyada görünməmiş bir facisədir. Bu baxımdan, soyqırımın dünya ölkələri tərəfindən tanınması istiqamətində təbliğatımızı həyata keçirməliyik. Buna çalışmalıyıq, nail olmalıyıq".
Bu istiqamətdə Azərbaycan dövlətinin, Prezident İlham Əliyev cənablarının gördüyü işlərin uğurla həyata keçirildiyini deyən Təhmasib Novruzov artıq bir çox ölkə parlamentlərinin Xocalı faciəsini soyqırımı hadisəsi kimi qəbul etdiyini də xatırladıb: "Prezident İlham Əliyevin bu yöndə apardığı işlər bu gün öz bəhrəsini verməkdədir. Artıq bir çox ölkələr parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyır. Bunlar hamısı aparılan siyasətin, görülən işlərin nəticəsidir. Azərbaycanın hər bir vətəndaşı özünü Xocalı sakini hesab etməli, soyqırımın xarici ölkələr tərəfindən öyrənilməsi üçün əlindən gələni əsirgəməməlidir. Özünü azərbaycanlı hesab edən hər kəs bu faciəni özünə qarşı törədilmiş hesab etməlidir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB