Əflan İbrahimov: “Xocalı faciəsində indiki müxalifət ermənilər qədər günahkardır”

Əflan İbrahimov: “Xocalı faciəsində indiki müxalifət ermənilər qədər günahkardır”

"Xocalı faciəsini ermənilər öz gücünə həyata keçirmədi. Onlar bu bəşəri cinayətini daxili düşmənlərimizdən də istifadə edib reallaşdırdılar. İndiki müxalifətçilərin o vaxt ölkədə yaratdığı özbaşınalığın, xarici dairələrə casusluğunun nəticəsi idi ki, Xocalıda yüzlərlə insan qətlə yetirildi". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bildirib.

O qeyd edib ki, 90-cı illərin əvvəllərində Azərbaycan indiki müxalifətin əlində olmasa idi, onların səriştəsizliyi ölkədə xaos yaratmasaydı və onların ermənilərlə "dostluq"ları olmasa idi, Xocalı hadisəsi baş verməyəcəkdi: "Ermənilər xaricdən ruslara, Azərbaycanın daxilində isə indiki müxalifət liderlərinə arxalanıb bu cinayəti həyata keçirdilər. Hesab edirəm ki, ermənilər qədər bu şəxslər də günahkardır, günahkarlar isə öz cəzalarını almalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə