Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri Fuad İsgəndərov Belçikanın Gold FM radiosuna müsahibə verib. Səfirlikdən SİA-ya verilən məlumata görə, F.İsgəndərov Belçikada yayımlanan "Gold FM" radiosunun canlı efirində Xocalı faciəsi ilə bağlı ətaflı məlumat verib, hər il bu tarixdə dünyanın müxtəlif yerlərində Azərbaycan diasporu tərəfindən qanlı günün yad edildiyini qeyd edib.
Səfir artıq bir neçə ölkənin – Pakistan, Meksika, Kolumbiya, Çexiya və Honduras parlamentlərinin, eyni zamanda ABŞ-ın 14 ştatının Xocalı faciəsi ilə bağlı qərar və qətnamələr qəbul etdiyini bildirib və bu prosesin davamlı olacağına inandığını qeyd edib.
F.İsgəndərov Xocalı faciəsinin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən qanlı hadisə olduğuna diqqət çəkərək, bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirib.
Daha sonra canlı efirdə Azərbaycan – Belçika və Azərbaycan – Avropa İttifaqı münasibətləri, eyni zamanda, regionumuzda həyata keçirilən iri enerji layihələri müzakirə edilib, qarşı tərəfi maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB