Millət vəkili: "Belə davam etsə, işğal faktı hələ 20 il də sürəcək”
"Xocalı faciəsindən artıq 22 il keçir. Təəssüf ki, bu müddət ərzində biz mövcud qətliamı törədən hərbi cinayətkarların tutulub məhkəmə qarşısına çıxarılmasına nail ola bilməmişik. Bilirik ki, bunun əsas səbəblərindən biri də beynəlxalq birliyin Dağlıq Qarabağ məsələsinə ikili standartlarla yanaşmasıdır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ermənilərə tək Rusiya yox, həm də islam ölkələri kömək edir. Q. Həsənquliyev həmçinin beynəlxalq aləmin ədalətsizliyindən danışıb: "ATƏT-in Minsk qrupuda daxil olmaqla ABŞ, Rusiya və Fransa ermənipərəst mövqe tutur, Azərbaycana qarşı bu qədər qətliam və işğal faktı olsa da onlar susurlar, günahkarın cəzalanmasında isə maraqlı deyillər. Halbuki, həmin öləkələrə qarşı bu addımı kimsə atsa, o zaman həmin adamı tapıb cəzalandıracaqdılar. Biz ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətini pisləməliyik. Belə davam etsə, o zaman işğal faktı hələ 20 il də davam edəcək".
Q. Həsənquliyev həmçinin islam ölkələrinin əməkdaşlıq təşkilatını tənqid edib: "İslam əməkdaşlıq təşkilatı ölkələrindən kömək gözləməyə dəyməz. Çünki bu ölkələr siyasi mövqe nümayiş etdirmirlər, dağınıq haldadırlar. Ermənistanın bu gün ayaq üstə qalmasında səbəbkar Rusiyadan çox islam ölkəsi olan İrandır. Məsçidləri dağıtmış ölkə ilə həm iqtisadi, turizm, digər sahədə əməkdaşlığı genişləmdirir".
Daha sonra çıxış edən digər millət vəkili Fazil Mustafa Xocalı soyqırımının dünyaya tanıdılması ilə bağlı təkliflər irəli sürüb. O, Xocalı faciəsi ilə bağlı xeyli materialların olduğunu vurğulayıb: "Biz Avropa Şurasında təbliğatı düzgün aparmalıyıq. Misal olaraq, PKK terrorçuları orada parlament qarşısında durub Abdulla Öcalanın azad olunması ilə bağlı vərəqələr paylayırdılar. Onu oxumasalar belə alırlar və hadisə xatırlanır. Biz də belə edə bilərik. Bundan başqa, Xocalı faciəsinin ildönümünə az qalmış səfirliklər vasitəsilə bütün ölkələrin nazirliklərinə, baş nazirinə, prezidentinə məktublar göndərə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB