Azərbaycan Prezidenti yeni sənaye müəssisələrinin açılışında iştirak edib

Azərbaycan Prezidenti yeni sənaye müəssisələrinin açılışında iştirak edib

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub.

Əvvəlcə dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Prezident İlham Əliyev "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılmış Azərbaycan kağız və karton istehsalat kombinatının, Sumqayıt yağ fabrikinin açılışlarında iştirak edib, müəssisələrin kollektivi ilə görüşüb.

Azərbaycan Prezidenti daha sonra mis emalı zavodunun açılışında iştirak edib, Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə