Əflan İbrahimov: "Eldəniz Quliyev satqın kimi öz cəzasını alacaq"

Əflan İbrahimov: "Eldəniz Quliyev satqın kimi öz cəzasını alacaq"

"Eldəniz Quliyev insanlara qarşı etdiyi pis addımlara, atdığı böhtanlara, yaşına uyğun olmayan hərəkətlərinə görə hələ bundan sonra da çox məhkəmələrə düşəcək. İnanıram ki, o bir gün satqın kimi öz cəzasını alacaq". Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə Eldəniz Quliyev arasında məhkəmə çəkişməsinə, VİP sədrinin onu məhkəməyə verməsinə münasibət bildirən "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bu fikirləri SİA-ya açıqlamasında bildirib.

Ə.İbrahimov qeyd edib ki, vaxt olacaq Eldəniz Quliyevin casus olduğu, kimlərə işlədiyi ortaya çıxacaq: "Bu adam kimi xoşlamırsa, ona şər atır, kimi xoşlamırsa, onun pisliyinə çalışır. Onu yaxşı tanıyan biri kimi deyirəm, onun xəyanətlərinin az şahidi olmamışıq. Eldəniz Quliyev kimilər Milli Şurada guya müxalifəti birləşdirirdilər. Bu isə alınmadı. Günahı özlərində görmək əvəzinə başqalarına qarşı təhqir dolu fikirlər səsləndirirlər. Amma nə vaxta kimi? Hər halda o gec-tez cəzasını alacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə