Əflan İbrahimov: “Müxalifət xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qazanmaq istəyir”

Əflan İbrahimov: “Müxalifət xalqın bədbəxtliyi üzərində xoşbəxtlik qazanmaq istəyir”
"Ukraynadakı hadisələrin Azərbaycanla heç bir əlaqəsi yoxdur və oradakı olayların ölkəmizdə baş verəcəyini düşünmək ağılsızlıqdır. Bunu ölkəmiz üçün arzulayanların mövqeyi isə, erməni mövqeyi ilə eynidir". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bildirib.

Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlanacağı haqqında müxalifət liderlərinin səsləndirdiyi fikirlərə münasibət bildirən Ə.İbrahimov qeyd edib ki, Azərbaycanın sərvətləri var və bu sərvətlər xalqın sosial rifah halının yaxşılaşdırılması üçün istifadə olunur: "Ölkəmizdə analoqsuz işlər görülür. Azərbaycanda qarşıdurma yaratmaq üçün heç bir şərait yoxdur, ölkəmizdə narazılıq mövcud deyil. İnsanlar işləyir, çalışır, maaş alır, karyera qururlar. Bu yolda isə, onlara kimsə mane olmur. Ancaq müxalifət lidelərinin Ukraynadakı şəraitlə Azərbaycandakı şəriaiti eyni tutması sadəcə ağılsızlıqdır, mənqtiqsizlikdir və bu, düşmən mövqeyidir. Bu arzu onların elə ürəyində qalacaq. Bu müxalifət xalqımızın bədbəxtliyi üzərində xoşbəxtlik qazanmaq istəyir, ona görə belə bədbəxt niyyətlərlə yaşayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə