Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xocal soyqırımın 22-ci ildönümü ilə bağlı tədbir keçirib .
SİA-nın məlumatına görə tədbirdə çıxış edən təşkilatın sədr müavini Nadir Abdullayev faciənin tarixindən danışıb. O bildirib ki, 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilən terror hadisəsi təkcə azərbaycanlılara qarşı deyil, bütün türk dünyasına qarşı tərədilən soqırımıdır.
Törətdikləri vəhşiliklərə görə ermənilərin hələ də cəzalandırılmadığını dilə gətirən sədr müavini vuğulayıb ki, çox təəssüf ki, dünya ölkələrinin bəziləri hələ də onları müdafiə edir: "Hətta Xocalı faciəsini törədənlər yüksək mükafatlara layiq görülürlər. Faciədə iştirak edənlərdən biri Fransada erməni diasporu tərəfindən beynəlxalq mükafata layiq görülməklə yanaşı, 150 min dollar pul mükafatını qazanıb. Həmçinin faciədə iştirak edənlərdən digər bir nəfər Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənərək mühüm mükafata layiq görülüb. Bütün bunlar bizə qarşı ədalətsizlikdir. Biz bunları görürük və buna görə müxtəlif mübarizə metodlarından istifadə edib, həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışırıq".
Tədbirdə çıxış edən AVCİYA-nın sədri Məhərrəm Zülfüqarlı bildirib ki, əvvəllər faciə ilə bağlı bizi dəstəkləyənlərin az olduğunu deyə bilərdiksə, indi bunu demək mümkün deyil: "Artıq bir çox ölkə və beynəlxalq təşkilatlar bizi dəstəkləyir və Xocalı faciəsini soqırımı kimi tanıyır. Faciənin dünyada tanıdılması istiqamətində görülən işlər göz qabağındadır. Bir çox ölkələrdə faciə ilə bağlı tədbirlər, konfranslar, sərgilər təşkil olunur. Bundan əlavə "Xocalıya ədalət " kampaniyası çərçivəsində mühüm işlər görülür və bu işlərə görə dünya ölkələrinin bir çoxu faciəni tanıyır, onunla bağlı sənəd qəbul edilib".
Tədbirin davamında faciə ilə bağlı təşkilat tərəfindən həyata keçirilən yazı müsabiqəsinin 5 qalibi Təşəkkürnamə ilə təltif edilib.
Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB