Azad Demokratlar Partiyası (AzDP) Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər təmsil olunduğu ənənəvi müxalifət düşərgəsini tənqid edib. SİA xəbər verir ki, AzDP Təşkilat Komitəsinin sədri nəinki ictimai rəydə, eləcə də partiyaların özündə də inamsızlıq olduğunu və müxalifətin şansının tükəndiyini bildirib.
"20 il ərzində artıq müxalif siyasi partiyaların üzvlərində də inamsızlıq getdikcə güclənir" - deyən Sülhəddin Əkbər onu da bildirib ki, 2000-ci ildə, 2003-cü ildə siyasi qüvvələrin, onların üzvlərinin özlərinə olan inamı ilə bugünkü əhval-ruhiyyəni müqayisə etsək, nə qədər kəskin fərqin olduğunu görərik: "Partiya üzvlərinin belə, seçkiyə, kütləvi tədbirlərə münasibəti qeyd etdiyim illərlə müqayisədə xeyli aşağı düşüb. Bu və digər səbəblər hamısı bütövlükdə ictimai rəydə müxalifətin qələbə şansının olmadığı fikrini möhkəmləndirir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB