Pənah Əliyev: “Səhiyyə Nazirliyi tərəfindən zəruri tədbirlər görülüb”
"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bütün respublikanın səhiyyə ocaqlarında olduğu kimi, 17 fevral 2014-cü il tarixindən başlayaraq bizim səhiyyə ocağında da pulsuz tibbi müayinədən keçirilmə prosesinə başlanılıb". Bu fikirləri SİA-ya açıqlamasında 26 saylı Şəhər Poliklinikasının baş həkimi Pənah Əliyev bildirib.
"Tibbi müayinələrin keyfiyyətli həyata keçirilməsi məqsədi ilə tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində Səhiyyə Nazirliyi tərəfindən zəruri tədbirlər görülüb"- deyə qeyd edən 26 saylı Şəhər Poliklinikasının baş həkimi onu da bildirib ki, bu cür müayinələrin aparılması ilk növbədə əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir: "Bu cür müayinələr may ayının 1-nə kimi aparılacaq və söz yox ki, belə aksiyaların mütəmadi olaraq keçirilməsinə ehtiyac var. Artıq müəssisəmizə fevralın 17-dən başlayaraq gün ərzində 600-700 nəfər müraciət edir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB