"Milli Şurada Koordinasiya Şurasının adının dəyişdirilərək Koordinasiya Mərkəzi adlandırılması və ya başqa ad dəyişiklikləri olsa belə yenə də onların səmərəsiz fəaliyyəti dəyişən deyil. Milli Şuranın ömrü çoxdan bitib". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Milli Şuranın sonuncu sessiyasına münasibət bildirərkən söyləyib.
"Milli Şuranın fəaliyyətindən danışmağa dəyməz" - deyən AMİP Mərkəzi Şurasının təmsilçisi qeyd edib ki, Milli Şura prezident seçkilərindən öncə yarandı və sonra heç bir uğur qazanmadı: "Bu qurum nə seçkilərdə, nə də seçkidən sonra heç bir uğur qazana bilmədi. Artıq Milli Şura haqqında danışmağa dəyməz".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB