Xəzər Teyyublu: “Müsavat Partiyası kənara çəkilərək tək mübarizə aparıb nəyəsə nail ola bilməz”

Xəzər Teyyublu: “Müsavat Partiyası kənara çəkilərək tək mübarizə aparıb nəyəsə nail ola bilməz”

"Təbii ki, təklikdə mübarizə aparıb, nəyəsə nail olmaq mümkün deyil. Bu gün Müsavat Partiyası Milli Şurada təmsil olunmursa və kənara çəkilib tək mübarizə aparırsa onun nəyəsə nail olacağını söyləmək olmaz". Bu fikirləri SİA-ya açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədr müavini Xəzər Teyyublu Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəylinin "Milli Şurada Müsavat Partiyası təmsil olunmursa demək ki, Milli Şura güclü ola bilməz" fikrinə münasibət bildirərkən söyləyib.

KAXCP rəsmisi qeyd edib ki, Mustafa Hacıbəylinin nə deməsindən asılı olmayaraq Milli Şura iclaslarını keçirir: "Mustafa Hacıbəyli öz fikrində qala bilər. Ancaq təbii ki, Milli Şura öz iclaslarını keçirir və nələrsə etməyə çalışır. Biz kənara çəkilib tək mübarizə aparmağın tərəfdarı deyilik".

Qeyd edək ki, Milli Şuranın son sessiyasında yetərsay olmadığı halda qurum sessiyanı keçirib və siyasi ictimaiyyət bunu birmənalı olaraq qarşılamır.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə