Pərviz İsmayılzadə Dubay polisinin yeni Baş komandanı ilə görüşüb

Pərviz İsmayılzadə Dubay polisinin yeni Baş komandanı ilə görüşüb

Bu ilin fevral 16-da Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Dubay polisinin yeni Baş komandanı general Xəmis Əl-Muzeyna ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə Baş konsul general Xəmis Əl-Muzeynanı təyinatı ilə bağlı təbrik edib və Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov tərəfindən ona ünvanlanmış məktubu təqdim edib. Xəmis Əl-Muzeyna ölkəmizə rəsmi səfərə dəvət olunub.

Xəmis Əl-Muzeyna dəvəti böyük məmnuniyyətlə qəbul edib və minnətdarlığını ifadə edib.

Görüş zamanı dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin görüşdə Dubayda yaşayan Azərbaycan vətəndaşlarının hüquqi müstəvidə üzləşdikləri problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə