Xarici işlər nazirləri Brüsseldə bir araya gəldi

Xarici işlər nazirləri Brüsseldə bir araya gəldi

Avropa İttifaqı Xarici İşlər Nazirləri Ukraynadakı vәziyyәti müzakirә etmәk üzrә Brüsseldə bir araya gәlib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, uzun zamandır Kiyevdə tərəflər arasında siyasi dialoqla Ukraynadakı vәziyyәtin həll olunmasına çalışan Brüssel, bu dəfə cәrәyan edәn şiddət hadisәlәrindәn sonra daha konkret tədbirlər görmәk istәyir.

Bir müddәtdir danışılan, ancaq Almaniya və Fransa kimi ölkələrin qarşı çıxdığı sanksiya tәtbiqinә dair qərarın isә bugünkü yığıncaqda qәbul edilmәsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə