Nazir Afrikaya gedib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Afrikaya səfər edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Cənubi Afrika Respublikası, Mozambik və Botsvana Respublikasına rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində Elmar Məmmədyarovun Cənubi Afrika Respublikası, Mozambik və Botsvana Respublikasının rəsmi şəxsləri ilə görüşləri və ikitərəfli əməkdaşlığın inkişafına dair sənədlərin imzalanması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə