Politoloq: “Hazırda İran hər iki dövlətlə eyni məsafəni saxlayır”

Politoloq: “Hazırda İran hər iki dövlətlə eyni məsafəni saxlayır”

"İran Dağlıq Qarabağ münaqişəsindən uzaqdır". Bu haqda SİA-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə erməni ekspertlərin "İran Dağlıq Qarabağda gözlənilən müharibədən xeyli narahatdır" kimi iddialarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran Dağlıq Qarabağ münaqişəsinə qarışmır: "İran həm Ermənistanla, həm Azərbaycanla normal münasibətlər qurub. Dağlıq Qarabağ münaqişəsi başlayan zaman İran müdaxilə edərək Azərbaycanı öz təsiri altına almaq istəsə də, buna nail ola bilmədi. Hazırda İran hər iki dövlətlə eyni məsafəni saxlayır".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə