Millət vəkili sabah Türkiyəyə gedir

Millət vəkili sabah Türkiyəyə gedir

Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə sabah Türkiyəyə yola düşür. SİA-nın məlumatına görə, millət vəkili 22 fevral tarixində Türkiyənin Kayseri Universitetində Xocalı faciəsinin ildönümü münasibəti ilə universitet rəhbərliyinin və orada təhsil alan azərbaycanlı tələbə cəmiyyətinin birgə təşkil etdiyi tədbirdə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə