Zakir Həsənov Anjey Kasprşiklə təmas xəttindəki vəziyyəti müzakirə edib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Bu barədə SİA-ya Nazirlikdən məlumat verilib.
Məlumata görə, görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət və danışıqların perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB