ATƏT-dən Ermənistana KİV xəbərdarlığı

ATƏT-dən Ermənistana KİV xəbərdarlığı

"ATƏT-in azad mətbuat üzrə nümayəndəsi Dunya Miyatoviç Ermənistanda jurnalistlərin təcavüzə uğramalarından narahatdır". SİA-nın məlumatına görə, bu haqda Ermənistanın "epress.am" saytı yazıb.

Məlumatda bildirilir ki, ATƏT nümayəndəsi Ermənistanda fevralın 12-də keçirilən etiraz aksiyasında polislər jurnalistlərlə kobud rəftar ediblər: "Polislər jurnalistlərə təcavüz edib, kamera və fotoaparatlarını əllərindən alıb" - deyə qeyd edən erməni saytı onu da yazıb ki, artıq ATƏT təmsilçiləri bu insidentə münasibətlərini bildirməkdədirlər: "Belə ki ATƏT-in azad mətbuat üzrə nümayəndəsi Dunya Miyatoviç hadisəni "jurnalistlərə qarşı təcavüz qəbulolunmazdır" bəyanatı ilə qiymətləndirib".

Daha sonra ATƏT-in nümayəndəsi qeyd edib ki, xüsusən polislər jurnalistlərin təhlükəsizliyini təmin etməyə borcludurlar və media təmsilçilərinə qarşı təcavüzə son qoyulmalıdır. Bununla yanaşı ATƏT təmsilçisi Ermənistan hakimiyyətini gələcəkdə daha diqqətli olmağa və KİV nümayəndələrinin polislər tərəfindən təzyiqlərə məruz qalmalarının qarşısını almağa çağırıb.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə