“Ermənistanda əhalinin gəlirləri aşağı düşəcək və işsizlik artacaq”
"Ermənistanda əhalinin gəlirləri aşağı düşəcək və işsizlik artacaq". Bu haqda SİA Ermənistanın "Tert.am" saytına istinadən xəbər verir. Erməni saytının verdiyi məlumata görə, sözügedən fikir Ermənistanın "İşlə Təmin Edənlər" İctimai Birliyinin rəhbəri Qagik Makaryan tərəfindən bildirilib.
Onun sözlərinə görə, Rusiyada miqrantlarla bağlı tətbiq edilən yeni qanunlara əsasən, minlərlə erməni miqrantın Ermənistana deportasiya olunmaları ölkədə ciddi problemlər yaradacaq: "Erməni miqrantların ölkəyə axını ilə Ermənistanda əhalinin gəliri xeyli aşağı düşəcək. Kasıb və işsizlərin sayı artacaq".
Qagik Makaryan eyni zamanda onu da bildirib ki, Rusiya tərəfi miqrantlar üçün tətbiq edilən yeni qanunun erməni miqrantlar üçün istisnasını düşünmür.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB