Mustafa Hacıbəyli: “Müsavat Partiyası Milli Şurada yoxdursa, bu qurumun güclü olduğunu demək olmaz”

Mustafa Hacıbəyli: “Müsavat Partiyası Milli Şurada yoxdursa, bu qurumun güclü olduğunu demək olmaz”

"Milli Şurada Koordinasiya Şurasının adının dəyişdirilərək Koordinasiya Mərkəzi adlandırılması nəyisə dəyişirsə və ya dəyişmirsə bu qurum ilə bağlı heç bir fikir bildirmək istəmirəm. Bu mənim maraq dairəmdə deyil". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli söyləyib.

Mustafa Hacıbəyli Milli Şurada gedən proseslərin və ümumiyyətlə bu qurumun fəaliyyətinin nə dərəcədə effektli olduğuna münasibətini açıqlayarkən qeyd edib ki, Müsavat orada yoxdursa onlar gücsüzdürlər: "Milli Şurada Müsavat Partiyası təmsil olunmursa demək ki, Milli Şura güclü ola bilməz".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə