Baş nazirlə Obama arasında telefon danışığı olub

Baş nazirlə Obama arasında telefon danışığı olub

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, telefon danışığında iki ölkә arasındakı münasibәtlәr başda olmaqla Suriya, Kipr, İsrail və enerji kimi bir çox mövzular müzakirә edilib.

Obama Türkiyə-ABŞ arasında qarşılıqlı hörmәt çәrçivәsindә güclü münasibәtlәrin olmasını yüksәk qiymәtlәndirib.

Danışıq zamanı Suriya mәsәlәsi dә gündәmә salınıb. Bu ölkәdәki terror fәaliyyәtlәrinә qarşı mübarizə mövzusunda güclü əməkdaşlığın vacibliyini vurğulayan iki lider, Suriyadakı siyasi böhrana son qoyacaq bir siyasi həll yolu tapmaq üçün aparılan sәylәrin davam etmәsi mövzusunda razılaşıb.

İsrail ilə münasibətlərin normallaşması prosesinin qısa müddətdə yekunlaşdırılmasının əhəmiyyəti tәhlil edilәn görüşdә, liderlәr dünya iqtisadiyyatının güclü, daimi və balanslı inkişafa ehtiyacı olduğu mövzusunda fikir mübadiləsi ediblәr.

Bütün xəbərlər Facebook səhifəmizdə