Nurlan Niqmatulin: “Azərbaycan ilə Qazaxıstan strateji tərəfdaşlardır”
Azərbaycan ilə Qazaxıstan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında dostluq əlaqələri qədim tarixə malikdir. Qanunverici orqanlarımız da ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verir. Bu sözləri fevralın 19-da Azərbaycana rəsmi səfərə gələn Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Nurlan Niqmatulin Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində deyib.
N.Niqmatulin bildirib ki, səfər çərçivəsində ölkələrimizin parlamentləri arasında əməkdaşlığa dair saziş imzalanacaq.
Qazaxıstan Parlament Məclisinin sədri Azərbaycana ilk dəfə səfər etdiyini söyləmiş və bu səfərin ölkələrimiz üçün səmərəli olacağına əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB