"Azərbaycan dövləti sizin qayğınızda dayanıb və bundan sonra da qayğınızı çəkəcək". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!" devizi altında təntənəli mərasimdə çıxışı zamanı bildirib.
"Siz Azərbaycan üçün gərəkli vətəndaşlarsınız. Əminəm ki, sizin təcrübənizdən biz Azərbaycanın, bugünkü yeni nəslin, gənc nəslin formalaşmasında, hərbi vətənpərvərlik ruhunun inkişaf etdirilməsində istifadə edirik və bundan sonra da istifadə edəcəyik", deyə PA-nın şöbə müdiri sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB