Elmar Məmmədyarov: “2015-ci ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı planlaşdırılır”

"Əfqanıstandan silah və texnikanın çıxarılmasında Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə olunacaq”
Elmar Məmmədyarov: “2015-ci ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı planlaşdırılır”

"2014-cü ilin sonu 2015-ci ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı planlaşdırılır". SİA-nın məlumatına görə, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov Gəncədə keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan XİN başçılarının üçtərəfli görüş zamanı səsləndirib.

Nazirin sözlərinə görə, həmçinin 2015-ci ildə Əfqanıstandan çıxarılan sülhməramlıların silah-sursatının bu yolla daşınması nəzərdə tutulub.

Nazir onu da qeyd edib ki, Cənubi Qafqaz dəhlizi bölgədə hasil olan karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxarılması üçün ən əlverişli marşrutdur.

İlham Məmmədov, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə