XİN başçılarının Gəncə görüşü başa çatıb FOTOLAR

XİN başçılarının Gəncə görüşü başa çatıb FOTOLAR

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin Gəncə görüşü "Gəncə Bəyannaməsi"nin imzalanması ilə başa çatıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, nazirlər qeyd edib ki, bu sənəd 2012-ci il Trabzon bəyannaməsi və 2013-cü il Batumi komunikesinin davamı olaraq üçtərəfli münasibətlərin bütün sahələr üzrə genişləndirilməsini nəzərdə tutur.

Görüşün həm də cari ilin sonunda Qarsda keçiriləcək müzakirələrə hazırlıq məqsədi daşıdığı bildirilib. Üçtərəfli görüşdə Bakı-Tbilis-Qars dəmiryolu layihəsinin icrası məsələsi müzakirə olunub. Qeyd olunub ki, layihənin 2015-ci ilin əvvəlinədək başa çatdırılması nəzərdə tutulur. Görüşdən sonra keçirilən mətbuat konfransında hər üç ölkənin xarici işlər nazirləri jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə XİN başçısı Əhməd Davudoğlu deyib ki, Suriyada uzun müddətdir davam edən gərginlik və Qafqazdakı dondurulmuş münaqişlər onları ciddi narahat edir. O, qeyd edib ki, Türkiyə münaqişə nəticəsində 700 min suriyalı qaçqına sığınacaq verib. Nazir həmçinin, Suriyada ölən azırbaycanlılarla bağlı məsələyə də münasibət bildirib və qeyd edib ki, bu problemin həlli üçün Türkiyə və Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlığı gücləndirməlidir.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə Ukraynada baş verən iğtişaşlarla bağlı narahatlığını dilə gətirib. Nazir stabil Ukraynanın bütün bölgə üçün vacib olduğunu ifadə edib.

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ölkəsinin Rusiya ilə münasibətlərin normallaşdırdığını və bu çərçivəsində qaçqın probleminin həllinə diqqətin artılacağını bildirib. O, qeyd edib ki, iki ölkə arasında ixrac-idxal problemləri getdikcə həllini tapır, ancaq bu Gürcüstanın Gömrük İttifaqına qoşulacağı anlamına gəlmir. Nazirlər görüşdən sonra Həsən Əliyev küçəsində Gürcüstanın Gəncədəki konsulluğunun açılışına da qatılıblar.

Qeyd edək ki, konsulluq 2011-ci ildə Gürcüstanın Batumi şəhərində ölkəmizin konsulluğu fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə