"Mən Köçəri Nağıbəylinin fikirlərini qəbul etmirəm. Çünki bu cür fikirlərə heç bir ehtiyac yoxdur. Onun Cəmil Həsənli haqqında hansısa mənfi fikirlər işlətməsi doğru deyil". Bu fikirləri SİA-ya açıqlamasında "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev El" Hərəkatı İdarə Heyətinin üzvü Köçəri Nağıbəylinin Milli Şura sədri Cəmil Həsənliyə xitabən "Mən əqidəmi dəyişib deputatlığa satılmamışam" dediyi fikrə münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, artıq bir neçə gündür ki, Cəmil Həsənli ilə Köçəri Nağıbəyli arasında kəskin qalmaqal yaşanmaqdadır. Köçəri Nağıbəyli Cəmil Həsənlini öz aralarında olan söhbəti mətbuata yaymaqda günahlandıraraq "Mən iradlarımı Cəmil Həsənlinin üzünə demişəm. İki kişinin arasında olan söhbət kənara çıxmaz, təəssüf ki, Cəmil Həsənli bütün bunları mənim adımdan mətbuata çıxarır" – deyə bildirib.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB