Elman Nəsirli: “Üç ölkənin XİN başçılarının görüşü mühüm hadisədir” AÇIQLAMA
"Sabah Azərbaycanın Gəncə şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçirilməsi özü-özlüyündə çox mühüm hadisədir. Çünki hər üç dövlət bir-birinin strateji tərəfdaşıdır". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli deyib.
Politoloqun sözlərinə görə, heç şübhəsiz ki, bu görüşün böyük siyasi əhəmiyyəti var: "İkincisi, bunun əhəmiyyəti ondan ibarətdir ki, həmin əlamətdar görüş paytaxt Bakıda deyil, məhz Gəncə şəhərində keçiriləcək. Bu bir daha onu göstərir ki, Azərbaycanın bütün regionları da inkişaf edib. Təbii ki, bizim üçün ən vacib məqamlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin burada müzakirəsi ilə bağlıdır. Heç şübhəsiz ki, bu formatda danışıqlarda həmin məsələ ətrafında da müzakirələr olacaq. Bu müzakirələrin nəticəsində isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı fikirlərin səslənəcəyini gözləyirik. Çünki bu məsələdə Gürcüstanın və Türkiyənin mövqeyi hər zaman Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb. Strateji tərəfdaşlar olaraq biz bu məsələdə ortaq məxrəcdən çıxış edirik. Gürcüstan prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı da bir daha tərəflər belə fikir vurğuladılar ki, Cənubi Osetiya və Abxaziya Azərbaycanı Gürcüstanın toprağı kimi, eyni zamanda da qarşılıqlı olaraq Gürcüstan dövləti Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Hesab edirəm ki, üç qonşu dövlətin xarici işlər nazirlərinin görüşü həm regional, həm də beynəlxalq məsələlərin müzakirəsi baxımından yaddaqalan olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB