Elçin Mirzəbəyli: “Dünyada erməni yalanı yaşanır" AÇIQLAMA

"Amma nə vaxtsa, onun ayaqları qırılacaq”
Elçin Mirzəbəyli: “Dünyada erməni yalanı yaşanır" AÇIQLAMA

"Başqa bir dövlətin ərazisini işğal edən və onu özünkü sayan, özünə aid olmadığı halda başqa bir xalqın tarixi (daşınan və daşınmaz) mədəni abidələrini özününküləşdirən və torpağın altına saxta abidələri basdırıb, sonradan qazıntılar aparmaqla burada ermənilərin yaşadığını bəyan edən millətdən bundan artıq nə gözləmək olar?". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli Ermənistan prezidenti Serj Sarkisyanın "Yerkrapa" Könüllülər İttifaqının qurultayında çıxış edərkən təmas xəttində baş verən gərginliklərdə Azərbaycanı ittiham etməsi məsələsinə münasibət bildirərkən deyib.

Elçin Mirzəbəyli hesab edir ki, Ermənistan prezidenti Serj Sarkisyanın bu ittihamları yalandan başqa bir şey deyil: "Ümumiyyətlə, Ermənistan xalqının mövcudluğu (Qondarma soyqırımdan başlamış onların Cənubi Qafqaz bölgəsindəki mövcudluğuna qədər) hər şey yalan üzərində qurulub. Çox təəssüflər olsun ki, dünyada erməni yalanı yaşanır. Hələ ki, bu yalan ayaq tutub yeriməkdədir. Amma nə vaxtsa, onun ayaqları qırılacaq. Bu mənada hesab edirəm ki, həmin vaxta çox az qalıb. Ona görə də S.Sarkisyanın bu kimi sərsəm ittihamlarına təəccüblənməyə dəyməz".

Qeyd edək ki, fevralın 15-də Ermənistan prezidenti S.Sarkisyan "Yerkrapa" Könüllülər İttifaqının qurultayında çıxış edərkən təmas xəttində baş verən gərginliklərdə Azərbaycanı ittiham edib. O bildirib ki, geniş miqyaslı müharibəyə başlamaq üçün Azərbaycanın gücü və imkanı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə