Serj Sarkisyan: “Ermənistan Rusiyanın Azərbaycanla əməkdaşlıq etməsinə etiraz etmək iqtidarında deyil”

Serj Sarkisyan: “Ermənistan Rusiyanın Azərbaycanla əməkdaşlıq etməsinə etiraz etmək iqtidarında deyil”

"Ermənistan Rusiyanın Azərbaycanla əməkdaşlıq etməsinə etiraz etmək iqtidarında deyil". SİA-nın Ermənistanın slaq.am saytına istinadən verdiyi xəbərə görə, bu haqda Ermənistanın dövlət başçısı Çexiyada "Praqa" konfransı çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya Azərbaycana müasir silah satmaqda davam edir: "Qeyd edim ki, Gömrük İttifaqı iqtisadi strukturdur, hərbi struktur deyil. Bəli, Rusiya eyni zamanda Azərbaycana da silah-sursat təchizatı satmaqdadır. Ümumiyyətlə, bu proses Ermənistan tərəfində müsbət qarşılanmasa da, rəsmi İrəvan Rusiyaya Azərbaycanla əməkdaşlıq etməsini qadağan etmək iqtidarında deyil və Ermənistan bu baxımdan öz yerini bilir".

Bundan əlavə Çexiya səfəri çərçivəsində ənəvi mövqeyindən çıxış edən Serj sarkisyan cəbhə bölgəsində hələ erməni tərəfindən intesiv şəkildə pozulmağa davam edən atş rejmi haqqında yenə də öz günahlarını Azərbaycanın üzərinə yöxmaqdan çəkinməyib: "Hamı Ermənistan tərəfindən atəşkəs rejminin tam nəzarət altında olduğunun şahidi oldu"deyə növbəti məkirli fikirlərini ictimaiyyətə çatdırıb.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə