Ermənistanın “168.am” nəşri: “Rusiya Ermənistana Avropa İttifaqının maliyyə dəstəyindən istifadə etməyə icazə verdi”
Rusiya Ermənistana icazə verdi

"Rusiya Ermənistana Avropa İttifaqının maliyyə dəstəyindən istifadə etməyə icazə verdi. Çünki Rusiya anlayır ki, bütün təşəbbüsləri perspektivsizdir". SİA-nın verdiyi məlumata görə, Ermənistanın 168.am nəşri qeyd edir ki, bu vəziyyəti Rusiya da qəbul edir, sadəcə taktiki addımlardan istifadə edir. Ermənilərin "Şərq Tərəfdaşlığı" vətəndaş cəmiyyəti Forumunun milli platformasının koordinatoru Boris Navasardyan da məsələ ilə bağlı münasibətini bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistana Avropa Birliyinin maliyyə dəstəyindən istifadə etməyə icazə verib: "Nə qədər mümkündürsə, qoyun Ermənistan Aİ-nın maliyyə yardımından istifadə etsin, daha sonra Gömrük İttifaqı məsələsinə baxarıq".

Boris Navasardyan qeyd edir ki, Gömrük İttifaqı layihəsinin reallaşması məsələsi çox uzanıb: "Ermənistanda artıq hər kəs bu oyunun fərqindədir. Lakin Ermənistan Rusiyanın nə dediyindən asılı olmayaraq ona tabe olmaq zorundadır".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə