Hürrü Əliyev: “Mənim iradım müxalifətin xəyanətkar, ambisiyalı liderlərinədir”
"Müxalifət gənclərinin gələcəkləri bəlli deyil". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMAC) sədri Hürrü Əliyev AXCP və Müsavat Partiyasında fəaliyyət göstərən gənclərin qalmaqallarına münasibətini açıqlayarkən deyib.
"Mən Xalq Cəbhəsində və Müsavatda olan gənclərin taleyinə acıyıram" - deyə qeyd edən AMAC sədri AXCP və Müsavat rəhbərliyini xəyanətkar adlandırıb: "Mən bir neçə dəfə bu barədə çıxış etdim ki, xəyanətkar rəhbərlətinizi partiyadan uzaqlaşdırın və bununla da ideoloji mübarizənizə yollarının açılsın".
Müxalifət liderlərinin gənclərdən öz məqsədləri üçün sui-istifadə etdiklərini bildirən Hürrü Əliyev vurğulayıb ki, onların məqsədləri gəncliyimizi bada və güdaza verməkdir: "Mənim iradım, tənqidim Xalq Cəbhəsinə, Müsavata deyil, həmin partiyaların başında dayanan xəyanətkar, ambisiyalı rəhbərlərinədir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB