AMSP: “Ənənəvi düşərgədə demokratiya deyil, bolşevizm təfəkkürü mövcuddur” İTTİHAM

AMSP: “Ənənəvi düşərgədə demokratiya deyil, bolşevizm təfəkkürü mövcuddur” İTTİHAM
"Başqalarının fikirlərinə dözmsüz yanaşmaq, öz opponentlərini nəyin bahasına olursa-olsun susdurmaq cəhdi özlərini "milli demokratlar" qismində təqdim edən müxalifət təmsilçilərində ləkə kimi hələ 1988-ci ildən formalaşmağa başlayıb". SİA-nın məlumatına görə, bu fikirləri day.az saytına açıqlamasında Azərbaycan Mütərəqqi Sosialist Partiyasının (AMSP) sədri Rüstəm Şahsuvarov ənənəvi düşərgə liderlərinin siyasi uğursuzluqlarını başqalarının üzərinə atmalarına münasibətini bildirərkən deyib. AMSP sədri onu da qeyd edib ki, buna misal kimi AXCP sədri Əli Kərimlinin xanım müşaviri Zərifə Əliyevanı vəzifəsindən azad etməsini göstərmək olar: "Müşavir ona görə vəzifəsindən azad olundu ki, onun partiyada şəxsi fikirləri olub".

Şahsuvarov qeyd edib ki, hələ 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində hazırkı "cəbhəçilər" və müsavatçılar bir-birləri ilə mübarizə aparırdılar və cəmiyyətdə onlara "milli bolşeviklər" kimi baxırdılar: "Onlar millətçiydilər. Ancaq onların millətçilikləri demokratiyadan kənar, başqalarının fikirlərinə hörmət etməmək, kobudluq və güc tədbiqi üzərində qurulmuşdu. Bu amil onlarda həmin dövrlərdə də, indi də mövcuddur. Məhz bu baxımdan, Xalq Cəbhəsində kimsə öz mühakiməsini yürüdürsə, o dərhal oradan uzaqlaşdırılır. Bu, tipik bolşevik idarəçiliyi tərzi və təfəkkürüdür".

AMSP sədri eyni zamanda ənənəvi müxalifət düşərgəsində təmsil olunan partiya liderlərini Hitler Almaniyasında mövcud olan nasional-sosialistlərə də bənzədib: "Ümumiyyətlə, belə idarəçilik üsuslu bolşeviklərdə olduğu kimi, Hitler Almaniyasında mövcud olan nasional-sosialistlərdə də olub. Öz opponentlərinə qarşı hörmətsizlik, hər hansı fikri bəyənmədikləri halda həmin fikri söyləyənlə sərt formada hesablaşmaq "demokratların" totalitar olduqlarını kifayət qədər təsdiq edir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня