Tahir Kərimli: “Müsavatın qurultayından sonra partiyada böyük qalmaqal yaranacaq”
"Mən belə düşünürəm ki, Müsavat Partiyası qurultay keçirəndən sonra partiya rəhbərliyi arasında böyük qalmaqal yaranacaq". Bunu SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib.
Tahir Kərimli qeyd edib ki, Müsavat Partiyasında onsuz da qurultaydan əvvəl artıq ziddiyyətli fikirlər yaranıb və bu heç şübhəsiz ki, bu qurultaydan sonra da partiya daxili münaqişələrlə nəticələnək: "Müsavat Partiyasında artıq çoxdan ziddiyyətli fikirlər yaranıb və qurultaydan sonra qalmaqallar kəskin şəkildə böyüyəcək və partiya rəhbərliyindən istefa verənlər də olacaq".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB