"Serj Sarkisyan faktları gizlədib". SİA Ermənistanın "Ponorama.am" saytına istinadən xəbər verir ki, Serj Sarkisyan "Erkrapa" Könüllülər İttifaqının 10-cu qurultayında çıxışı zamanı ölkəni uçuruma aparan rəqəm və faktları gizlədib. Bunu isə facebook sosial şəbəkəsində Ermənistanın keçmiş baş naziri, millət vəkili Qrant Baqratyan yazıb.
Keçmiş baş nazirin sözlərinə görə, Sarkisyan yalançı gülüşü ilə rəqəm və faktları gizlədərək sessiya iştirakçılarına əməlli başlı kələk gəlib. "Tiqran Sarkisyan" fəndindən istifadə edən Serj Sarkisyan boş fantaziyaları ilə insanlara yalan danışıb.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB