Niyaməddin Orduxanlı: “Arif Hacılı İsa Qəmbərə güzəştə getməyəcək”
"Müsavat Partiyası qurultayını keçirməlidir. Bunu çox da geçikdirə bilməz". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, İsa Qəmbər 4 ildən artıqdır ki, başqanlıqda qalmaq üçün qurultay keçirmir: "Amma bu mümkünsüzdür. Müsavat Partiyası qurultayını keçirməlidir. Son prezident seçkilərinə görə, qurultay 1 il də kecikdi. Arif Hacılının bundan sonra İsa Qəmbərə güzəştə getməyəcəyini düşünürəm. Siyasi proseslərin mərkəzində olan şəxslər yaxışı bilir ki, Arif Hacılı neçə ildir başqan olmaq üçün bütün imkanlarını səfərbər edib. Qeyd edim ki, partiyada gedən başqanlıq savaşında Arif Hacılıya məğlub olanlar artıq partiyanı tərk ediblər".
BAXCP rəsmisi onu da vurğulayıb ki, İsa Qəmbər istəsə də, istəməsə də başqanlıqdan gedəcək. Çünki bu getmək könüllülük əsasında deyil.
Xatırladaq ki, Müsavat Partiyası bir neçə ildir ki, müxtəlif bəhanələrlə qurultayını keçirmir. Bu inadın arxasında başqan İsa Qəmbərin siyasi proseslərdən uzaqlaşmamaq istəyi dayanır.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB