Fevralın 25-də keçiriləcək iclasda yeni qanun layihəsi müzakirə olunacaq

Fevralın 25-də keçiriləcək iclasda yeni qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası fevralın 25-də baş tutacaq. Bu barədə SİA-ya açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, fevralın 25-də keçiriləcək iclasın gündəliyinə 4 məsələ daxil edilib. İclasda həmçinin "Dəniz limanları haqında" yeni qanun layihəsi də müzakirə olunacaq. Digər məsələlər aşağıdakılardır:

- "Xəzər dənizininin dəniz ətraf mühitinin mühafizəsi haqqında" çərçivə konvensiyasının "Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyəta keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" protokulunun təsdiq edilməsi barədə qanun layihəsi;

- "Azərbaycan və Almaniya arasında Maliyyə Əməkdaşlığı haqqında" Sazişin (2008-2012-ci illər üzrə) təsdiq edilməsi barədə qanun layihəsi;

- "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda dəyişikliklər edilməsi barədə;

- "Dəniz limanları haqında" yeni qanun layihəsi barədə;

Qeyd edək ki, yeni qanun dəniz limanlarında ticarət gəmiçiliyi çərçivəsində münasibətləri, onların tikintisini, açılmasını və bağlanılmasını, limanlarda işi, həmçinin qaydalarını tənzimləyəcək. Qanuna dəniz limanlarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin əsasları daxil ediləcək. Qanun, eyni zamanda limanlarda gəmi agentlərinin, dəniz terminalının operatorlarının, daşıyıcıların, limanın infrastruktur obyektlərinin sahiblərinin fəaliyyətlərini, limanların fəaliyyətinin maliyyələşdirilməsi məsələlərini, həmçinin liman ərazisindəki dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi şərtlərini və digər məsələləri əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə