Asim Mollazadə: “Biz Xocalı üçün ədalət istəyirik” AÇIQLAMA

Asim Mollazadə: “Biz Xocalı üçün ədalət istəyirik” AÇIQLAMA

"Azərbaycan dövlətinin və xalqının Xocalı faciəsi ilə bağlı istəyi başlıca olaraq bir amillə bağlıdır". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

"Biz Xocalı üçün ədalət istəyirik. Xocalıda mülki əhaliyə qarşı həyata keçirilən ciddi hərbi cinayətlər öz cəzasını tapmalıdır. Bu cinayəti törədən şəxslər beynəlxalq tribunaya cəlb olunmalıdır. Bizim istəyimiz beynəlxalq ictimaiyyətin diqqətini bu prosesə cəlb etməkdir. Bu faciələrin bir daha təkrar olunmaması üçün cinayətkarlar cəzalandırılmalıdır. Hamı bilməlidir ki, mülki əhalini öldürən cinayətkar nə vaxt olur-olsun, gələcəkdə də öz cəzasını alacaq. Hətta ölkəmiz "Xocalıya Ədalət" kampaniyası çərçivəsində dünyada geniş kampaniyaya start verib. Çünki biz sülh, əmin-amanlıq və ilk növbədə, hüququn aliliyini və beynəlxalq hüquq normalarının tətbiq olunmasının tərəfdarıyıq" – deyə, A.Mollazadə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə