“170 mindən çox erməni Rusiyaya 3 il buraxılmayacaq”

“170 mindən çox erməni Rusiyaya 3 il buraxılmayacaq”

"170 mindən çox erməni 3 il müddətində Rusiyaya buraxılmayacaq". SİA Rusiyanın "REGNUM" informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiyada tətbiq edilən yeni miqrasiya qanunlarına əsasən, 170 mindən artıq erməni 3 il müddətinə qədər Rusiyaya gedib-gələ bilmək hüququndan məhrum edilib.

Rusiyanın Ermənistandakı səfirliyinin əməkdaşı Svetlana Stepanova jurnalistlərə açıqlamasında bildirib ki, artıq bu barədə qanun qüvvəyə minib: "170 mindən çox erməni Rusiyada miqrasiya qanunlarına zidd hərəkət etdiklərindən və işləmək üçün icazə almadıqlarına görə, 3 il müddətində Rusiyaya getmələri qadağan edilib".

Lakin səfirliyin əməkdaşı deyib ki, bu deportasiya deyil, sadəcə yeni miqrasiya qanunlarına əsasən tətbiq edilən sərt prosedurdur. Bununla yanaşı, Svetlana Stepanova ümumilikdə 2013-cü ildə Rusiyada fəaliyyət göstərən ermənilərin sayını da açıqlayıb.

Belə ki, ötən il Rusiyada 670 min erməni miqrant çalışıb. Bu da 2012-ci ildə Rusiyada çalışan 540 min erməni miqrantdan 20% çoxdur. Ötən il isə 130 min erməni Rusiyada daimi yaşamaq üçün sənədlərini leqallaşdırıb.

Cəzalandırılan erməni miqrantlar üç illik cəza müddəti bitdikdən sonra, məhkəmədə öz hüquqlarını müdafiə etdikdən sonra Rusiyaya gedib-gələ biləcəklər.

Qeyd edək ki, Ermənistanda kütləvi miqrsiya halları getdikcə artamaqda davam edir və Sarkisyan rejimi ölkənin boşalmasının qarşısını ala bilməkdə acizdir. Rusiyanın sərt qanunlar tədbiq etməsi isə Ermənistan rəhbərliyini çıxılmaz vəziyyətdə qoyub.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə