Prezident İlham Əliyev və xanımı Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olublar
Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olublar. SİA-nın məlumatına görə, gәnclәr vә idman naziri Azad Rәhimov dövlətimizin başçısına və xanımına arenada görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, arenada idmanın gimnastika növündən başqa digər növləri üzrə yarışlar, o cümlədən müxtəlif tədbirlər də keçirmək mümkün olacaqdır. Beynəlxalq yarışlar üçün gimnastların təlim keçmələri də nəzərdə tutulan kompleks əsas və köməkçi olmaqla iki hissədən ibarətdir. Yarışların miqyasından asılı olaraq arenada tamaşaçı yerlәrinin sayı 6 mindәn 9 min 600-ә qәdәr artırıla bilәr.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gimnastların məşq prosesinə baxdılar.
Sonda xatirə şəkili çəkdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB