“Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” YENİLƏNİB-FOTO

“Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” YENİLƏNİB-FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə"Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və münasibətlərin gələcəyinin müzakirəsi olub.

Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov konfransı giriş nitqi ilə açaraq deyib ki, hər üç ölkə son iki onilliklər ərzində təhlilçilərin, iqtisadçıların və s. diqqətini özünə cəmləşdirib: "Təbii ki, bu da son illər ərzində aparılan işlərin məntiqi nəticəsidir. Gürcüstanla bizim tarixi, qədim münasibətlərimiz, eləcə də uzun əsrlərə söykənəcək əməkdaşlığımız mövcuddur. Bu gün hər üç ölkə geoiqtisadi maraqlarına görə digər ölkələrə nümunədir. TANAP, TAP, Bakı-Tbilis-Qars və s. layihələr bizləri bir-birimizə daha sıx birləşdirir. Gürcüstan prezidentinin ölkəmizə səfəri isə bu ikitərəfli əlaqələrin yeni müstəvidə inkişafına əsas zəmin yaratdı".

O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, nə qədər ki Ermənistan öz konstruktiv mövqeyindən əl çəkməyəcək, bölgədə sülhdən, əmin-amanlıqdan söhbət gedə bilməz: "İşğalçı ölkənin rəhbərliyi başa düşməlidir ki, xarabalıqda yaşamaq nə erməni xalqına, nə də ki onun liderinə hər hansı bir uğur gətirməyəcək. Hesab edirəm ki, qarşı tərəf artıq reallığı dərk etməlidir".

SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, bu gün hər üç ölkənin güclü əlaqələri Azərbaycan apardığı uğurlu xarici siyasətin nəticəsidir: "Biz Ermənistanı da digər müstəqil dövlətlər kimi görmək istərdik. Amma əfsuslar olsun ki, biz işğalçı ölkənin Qərb-Şərq vektoruna uyğun təxribatçı hərəkətlərini hiss edirik. Emənistan tərəfi öz işğalçı mövqeyindən əl çəkmir ki, bu da sonda bölgədə stabilliyin pozulmasına gətirib çıxarıb. Mən üçtərəfli əməkdaşlıqda xarici işlər nazirlərininin səylərini də xüsusi olaraq önə çəkmək istərdim".

Qara Dəniz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yalçın Sarıkaya vurğulayıb ki, Azərbaycan, Gürcüstan və Türkiyə son 10 il ərzində bir sıra uğurlu layihələrə imza atıb: "2011-ci ildə Azərbaycan Türkiyəyə böyük investisiya yatırımları həyata keçirib. Beləcə qardaş ölkə 10 ən böyük investor arasında qərarlaşıb. Turizm sahəsi də getdikcə inkişad edir. Qarşılıqlı olaraq həm Azərbaycandan, həm də Türkiyədən səfərlər reallaşdırılır. Təbii ki, bütüb bunlar Avropa Birliyi Proqramı daxilində həyata keçirilir".

1-ci panelin: "Üçtərəfli strateji əməkdaşlıq və regional təhlükəsizliyin müasir vəziyyəti" mövzusunda son çıxışını edən Gürcüstanın Siyasət Mərkəzinin direktoru Karnely Kakaçia bildirib ki, Gürcüstan dövləti Avropa ölkələrindən biri sayılsa da, amma Avropa bunu qəbul etmir. Hətta Gürcüstanla Avropa Birliyi arasında müqavilələlər də bağlanmışdı. Mən çox təəssüf edirəm ki, Ukraynada baş verən məlum hadisələr müəyyən mənada ölkəmizdən də yan ötmədi. Biz bilirik ki, Azərbaycan dövləti hər zaman Gürcüstanın yanında olub. Hər üç ölkənin bir-biri ilə geniş əlaqələri və ikitərəfli münasibətləri mövcuddur".

Konfransda Gürcüstan Parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədr müavini, Gürcüstanın keçmiş xarici işlər naziri, Türkiyə və Gürcüstanın nüfuzlu ekspertləri, eyni zamanda Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin idarə rəisi müxtəlif mövzularda müzakirələr aparılıb.

Konfrans digər panellərdə davam etdirilir.

Qeyd edək ki, tədbirdən sonra konfrans materialları əsasında konfransın məruzəsi hazırlanacaq və nəşr olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə