Sabah təmas xəttində monitorinq keçiriləcək

Sabah təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindən keçən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə